Bakıda təmiri dayandırlan yolda işlər yenidən başlandı - VİDEO

Bakıda təmiri dayandırlan yolda işlər yenidən başlandı - VİDEO
SOSİAL
22:55 29.04.2026
712
Təmiri dayandırılan yolda işlər yenidən başlayıb.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxtın Nərimanov rayonu ərazisindəki yolda aparılan işlər bir müddətdir ki, dayanmışdı. Bu da həmin yoldan mütəmadi istifadə edənlərin, o cümlədən sahibkarların narazılığına səbəb olmuşdu.

Sürücülər isə yolda təmir işlərinin tezliklə bitməsini istəyirlər. onlar deyirlər ki təmir prosesinin uzanması onların işini daha da çətinləçdirir.

Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, yolda görülən işlər dövlət proqramı çərçivəsində həyata keçirilir.

Onu qeyd edək ki, sürücülərdən alternativ yollardan istifadə edilməsi xahiş olunur.

OXŞAR XƏBƏRLƏR