Bakıda ötən əsrdən qalan yollar da var imiş - VİDEO
08:17 30.01.2013
948
Görkəmli tarixçi, şair Abbasqulu Ağa Bakıxanovun adını daşıyan qəsəbədə tarixən də vəziyyət qənatbəxş olmayıb. Abbasqulu Ağa Bakıxanov “Gülüstani-İrəm” əsəri ilə tarixşünaslığın əsasını qoymuşdursa, adını daşıdığı qəsəbənin Məhəmməd Haçınski və Müslüm Maqomayev küçələri də çala-çuxurlu yolları ilə məşhurdur.Addımbaşı yolda olan çala-çuxur, palçıq, zığ insanın üst- başında özünü biruzə verir. Sözügedən ünvanda yaşayan yüzlərlə sakin isə bu şəraitdə yaşamağa məcburdur. Baxmayaraq ki, problemin həllinə nail olmaq keçilməz olan bu yolla aidiyyatı qurumlara gedib muraciət də ediblər, hələ yazılı ərizələr də göndəriblər. Amma deyilənlərə görə, yolda axırıncı dəfə təmir işləri bəlkə də 15-20 il bundan əvvəl aparılıb. O vaxt qurulan kanalizasiya sistemi də artıq kanalizasiyalıqdır. Çünki sakinlərin evindən axan çirkab suları ya adamların evində yığılıb qalır, ya da küçələrə axır.Yolun bərbad olması bu yoldan gündəlik istifadə edən sürücülərin də canlarını boğazlarına yığıb. Sürücülük etməklə ailələrini dolandırmağa çalışanlar əldə etdikləri qazancın yarısından çoxunu elə nəqliyyat vasitələrinin təmirinə xərçlədiklərini deyirlər.Çəkilişimizi yekunlaşdırıb Sabunçu Rayon İcra Hakimiyyətinin Bakıxonov üzrə qəsəbə nümayəndəliyinə yollandıq. İdarədən bildirdilər ki, qəsəbə nümayəndəliyinin sədri hazırda içra hakimiyyətində içlasdadır. Sədr Vidadi müəllimlə görüşə bilməsək də, telefon əlaqəsi saxladıq. Bildirdi ki, sözügedən küçələrin təmiri ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin konkret tapşırığı var yaxın 1 həftə ərzində küçədə kanilazasiya borularının əsaslı təmiri daha sonra isə asfalt örtüyünün döşənməsi işlərinə başlanılaçaq. Bax ondan sonra Abbasqulu Ağa Bakıxanovun adını daşıyan qəsəbənin küçələri də güllük gülüstanlığa çevriləcək.