Bakıda ötən il partlayış baş vermiş bina hələ də təmir olunmayıb - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Bakıda ötən il partlayış baş vermiş bina hələ də təmir olunmayıb - Sakinlərdən ŞİKAYƏT - VİDEO
SOSİAL
23:40 28.01.2026
755
Bakıda qaz sızması nəticəsində partlayış baş vermiş binada 10-dan artıq mənzilin sakinləri evsiz qalıb.

AZXEBER.COM Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə ötən ilin avqust ayında baş verib. Nizami rayonu, Əli Vəliyev küçəsi, 6 ünvanında yerləşən beşmərtəbəli binada partlayışdan sonra sakinlər evlərindən çıxarılıb və kirayə mənzillərə köçürülüblər. Hələ o vaxt bildirilmişdi ki, binanın qəzalı vəziyyətə düşmüş hissəsi sökülüb yenidən bərpa ediləcək.
 
Sakinlər deyirlər ki, ötən il onlara layihə-smeta sənədləri hazırlanacağı, binada bərpa işlərinə başlanılacağı bildirilsə də, ortada bir nəticə yoxdur. Bu azmış kimi, indi isə sakinlərə kirayə pullarının ödənilməyəcəyi bildirilib.

Şikayətçilər deyirlər ki, dəfələrlə Nizami Rayon İcra Hakimiyyətində qəbullarda olublar, hər dəfə müəyyən tarix verilsə də, vədlərə əməl olunmayıb.

Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ qurumun nəzarətindədir. Binanın birinci blokunun beşinci mərtəbəsində baş vermiş partlayış hadisəsi ilə bağlı dərhal operativ tədbirlər həyata keçirilib, partlayışdan zərər görmüş sakinlər təhlükəsizliyinin təmin edilməsi məqsədilə kirayə ödənişləri qarşılanmaqla müvəqqəti yaşayış yerlərinə köçürülüblər. Binaya dəyən zərərin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən bərpa layihəsi hazırlanıb və baxılması üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertiza Baş İdarəsinə təqdim edilib. Hazırda layihəyə baxılmaqdadır və yaxın günlərdə müvafiq rəyin verilməsi gözlənilir. Dövlət ekspertizasından rəy alındıqdan sonra binanın təmir-bərpa işlərinə başlanılması üçün aidiyyəti dövlət orqanlarına müvafiq müraciətlər ediləcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək