Bakıda teplovozun altında qalan kişi öldü

Bakıda teplovozun altında qalan kişi öldü
SOSİAL
10:58 27.08.2024
151
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

AZXEBER.COM Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 21-də 1989-cu il təvəllüdlü Pərviz Mustafayevi Binəqədi rayonu ərazisində relsin üstündən keçərkən teplovoz vurub. O, avqustun 26-da xəstəxanada ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.
OXŞAR XƏBƏRLƏR