Bakıda “The World of Adrenaline” beynəlxalq sirk proqramı təqdim olunub

Bakıda “The World of Adrenaline” beynəlxalq sirk proqramı təqdim olunub
SOSİAL
16:35 19.10.2026
148
Oktyabrın 17-də Circus Sea Breeze arenasında "The World of Adrenaline” adlı yeni beynəlxalq sirk proqramının açılışı olub.

Sürət, cəsarət, peşəkarlıq və yüksək adrenalin üzərində qurulan proqram dünyanın müxtəlif ölkələrindən olan artistləri bir arenada toplayıb.

Tamaşaçılara təqdim olunan proqramda braziliyalı kaskadyorların təhlükəli çıxışları, beynəlxalq mükafatlara layiq görülmüş hava gimnastlarının nömrələri, akrobatlar və klounun iştirakı ilə hazırlanan səhnələr yer alıb. Müxtəlif sirk janrlarını birləşdirən şou tamaşaçılara həyacanlı sirk atmosferi və unudulmaz emosiyalar yaşadıb.

Proqramın təşkilatçısı, "Sirk Oskarı” mükafatının laureatı Allahverdi İsrafilov açılış günündə ənənəsinə sadiq qalaraq xeyriyyə təşəbbüsü ilə çıxış edib. Oktyabrın 17-də keçirilən tamaşalar valideyn himayəsindən məhrum uşaqlar, sağlamlıq imkanları məhdud uşaqlar, eləcə də şəhid və qazi ailələrinin övladları üçün ödənişsiz təşkil olunub. Təşəbbüsün məqsədi uşaqlara sevinc bəxş etmək və onlar üçün yaddaqalan anlar yaratmaq olub.

Azərbaycan sirk sənətinin beynəlxalq səhnədə tanınmış nümayəndələrindən olan Allahverdi İsrafilov uzun illərdir həm də təşkilatçı kimi fəaliyyət göstərir. Onun rəhbərliyi altında müxtəlif ölkələrdə çoxsaylı sirk proqramları həyata keçirilib. İsrafilovun fəaliyyətinin əsas istiqamətlərindən biri də beynəlxalq təcrübəni Azərbaycana gətirmək, yerli sirk sənətinin inkişafına töhfə vermək və yeni istedadların yetişməsi üçün imkanlar yaratmaqdır.

"The World of Adrenaline” noyabrın 29-dək Circus Sea Breeze arenasında davam edəcək. Tamaşalar hər həftənin şənbə və bazar günləri saat 12:30-da və 15:30-da keçirilir. 

Biletlərin qiyməti 15 manatdan başlayır. Tamaşaçıların rahatlığı üçün "Koroğlu” metro stansiyasından sirk arenasına və geriyə xüsusi avtobus transferi də təşkil olunub.

Biletləri şəhərin kassalarından və iTicket.az saytından əldə etmək mümkündür.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
17:27 19.10.2026
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində Gənclik Mall-da keçirilən aktivliyi uğurla yekunlaşıb
17:15 19.10.2026
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində Gənclik Mall-da keçirilən aktivliyi uğurla yekunlaşıb
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
17:15 19.10.2026
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR
17:11 19.10.2026
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
16:55 19.10.2026
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
Yoluxucu xəstəliklərlə bağlı həyəcan: Mütəxəssislərdən vacib xəbərdarlıq
16:43 19.10.2026
Yoluxucu xəstəliklərlə bağlı həyəcan: Mütəxəssislərdən vacib xəbərdarlıq
Məktəblilər üçün beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başladı
16:38 19.10.2026
Məktəblilər üçün beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başladı
Xaricdən maşın gətirmək əvvəlki kimi asan deyil – Ekspertdən AÇIQLAMA
16:38 19.10.2026
Xaricdən maşın gətirmək əvvəlki kimi asan deyil – Ekspertdən AÇIQLAMA
Bakıda “The World of Adrenaline” beynəlxalq sirk proqramı təqdim olunub
16:35 19.10.2026
Bakıda “The World of Adrenaline” beynəlxalq sirk proqramı təqdim olunub
Paytaxtın bu ərazisində mənzillər kəskin ucuzlaşdı
16:13 19.10.2026
Paytaxtın bu ərazisində mənzillər kəskin ucuzlaşdı
İran bayraqları, fars dilində şüarlar... -  Almaniyadakı aksiyada diqqətçəkən MƏQAMLAR
16:09 19.10.2026
İran bayraqları, fars dilində şüarlar... - Almaniyadakı aksiyada diqqətçəkən MƏQAMLAR
Pensiyaçılara şad xəbər - Bu tarixdə
15:59 19.10.2026
Pensiyaçılara şad xəbər - Bu tarixdə
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
15:43 19.10.2026
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
İstanbulda İsrail vətəndaşına hücum edildi - ANBAAN VİDEO
15:39 19.10.2026
İstanbulda İsrail vətəndaşına hücum edildi - ANBAAN VİDEO
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
15:34 19.10.2026
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Lavrov İrana səfər edib
15:29 19.10.2026
Lavrov İrana səfər edib