Bakıda ticarət köşkünə silahlı basqın edildi

KRİMİNAL
20:00 28.11.2019
11108

Bakıda ticarət köşkünə silahlı basqın edilib.

AZXEBER.COM trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi 35-də baş verib.

2 nəfər naməlum şəxs həmin ünvandakı ticarət köşkünə basqın edərək orada satıcı işləyən Nemət İsgəndərov və Ədalət Rzayevə bıçaqla hədə-qorxu gəlib, onları oldürəcəklərini bildiriblər. Naməlum şəxslər ticarət köşkündən 800 manat pul və 1000 manat dəyərində mobil danışıq kartı götürərək hadisə yerindən uzaqlaşıblar.

Faktla bağlı cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR