Bakıda ticarət mərkəzi yanır.
AZXEBER.COM xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.
Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "8-ci kilometr bazar”ının yaxınlığında yerləşən ticarət mərkəzlərindən birində baş verən yanğın səbəbindən prospektin hər iki istiqamətində yolda sıxlıq yaranıb. Avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi tərəfindən işlər görülür.