Bakıda ticarət mərkəzində baş verən yanğın söndürülüb

Bakıda ticarət mərkəzində baş verən yanğın söndürülüb
SOSİAL
16:31 01.08.2024
169
Bakının Nizami rayonunda baş verən yanğında xəsarət qeydə alınmayıb.

Bunu AZXEBER.COM-a açıqlmasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin sektor müdiri, kapitan Əlibala Əlizadə deyib.

O bildirib ki, FHN-in "112" telefon Qaynar Xəttinə Bakının Nizami rayonunda iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub:

"Dərhal əraziyə nazirliyinin Yanğından Mühafizə Xidmətinin bölmələri cəlb olunub. Yanğın ətrafdakı iaşə obyektlərinə keçməsinin qarşısı alınaraq genişlənməsinə imkan verilmədən qısa müddətə söndürülüb. Hadisə zamanı xəsarət qeydə alınmayıb. Ümumilikdə 150 m² ərazidə yanğın qeydə alınıb. Hadisənin baş vermə səbəbləri araşdırılır"-deyə sektor müdiri qeyd edib.
OXŞAR XƏBƏRLƏR