Bakıda ticarət mərkəzində kütləvi dava - Gənc oğlan bıçaqlandı

Bakıda ticarət mərkəzində kütləvi dava - Gənc oğlan bıçaqlandı
SOSİAL
12:07 13.02.2017
1970

Bakıda kütləvi dava zamanı gənc oğlan bıçaqlanıb.

Hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakıxanov Ticarət Mərkəzində ("Razin talkuçka"sı kimi tanınır) 6 nəfər arasında dava düşüb. Dava zamanı 1995-ci il təvəllüdlü Poladov Məbud Ərəstun oğluna 3 bıçaq xəsarəti yetirilib. M.Poladov xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.


///"Report"
OXŞAR XƏBƏRLƏR