Bakıda tikinti şirkəti məktəbin ərazisini zəbt edib, müəllimlər narazıdır - FOTOLAR

Bakıda tikinti şirkəti məktəbin ərazisini zəbt edib, müəllimlər narazıdır -  FOTOLAR
SOSİAL
19:23 03.07.2016
1774
Bakıda sakinlər tikinti şirkətindən narazıdır. Çoxmərtəbəli yaşayış binasını inşa edən şirkət illər əvvəl sakinlərin istirahəti üçün park və avtomobil dayanacağı tikcəyini də vəd edib. Lakin sakinlərə verilən vədə əməl edilməyib.
Musavat.com-a müraciət edən sakinlərin problemlərini araşdırarkən bir neçə maraqlı məqam da üzə çıxdı. Məlum oldu ki, şirkət sakinlərlə yanaşı, yaxınlıqdakı məktəbin kollektivini də narazı salıb.
Sakinlərinin narazı olduğu Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsindəki binanın yaxınlıqda yerləşən 144 nömrəli tam orta məktəbin ərazisində tikildiyi orta çıxdı. Sakinlər üçün park salınacağı deyilən ərazi də məktəbin imiş.
Sakinlərin şikayəti haqda…
Qeyd edilən ünvanda yerləşən çoxmərtəbəli bina “Kainat” tikinti şirkəti tərəfindən inşa edilib. 2000-ci illərin əvvəllərindən başlanılan tikinti işləri tam olaraq yekunlaşmasa da, bina istifadəyə verilib. Binanın həyətində park salınacağı, avtomobil dayanacağı tikiləcəyi barədə tikinti şirkəti tərəfindən sakinlərə söz verilib. Lakin hələ də verilən sözə və müqavilədə göstərilən şərtlərə əməl edilməyib.
Sakinlərin problemini işıqlandırmaq üçün adıçəkilən ünvana yollandıq. Sakinlər bizimlə söhbətlərində parkın salınacağı, avtomobil dayanacağı olacağı deyilən ərazini göstərərək, problemlərini danışdılar. Söhbət sonrasında bizə yaxınlaşan və özünü 144 nömrəli orta məktəbin bədən tərbiyyəsi müəllimi kimi təqdim edən Hüseyn Hüseynov sakinlərin narazılığı və yaranan problemlə bağlı maraqlı məlumatlar verdi.
Məktəbin ərazisi necə zəbt edilib…
Məktəbin 1978-ci ildə inşa edildiyini söyləyən H.Hüseynov elə həmin zamandan da bu məktəbdə çalışdığını deyir.
Onun sözlərinə görə, hazırda binanın inşa edildiyi və park salınacağı deyilən ərazi məktəbindir: “1978-ci ildən bu məktəbdə bədən tərbiyyəsi müəllimi olaraq işləyirəm. Bu binanın tikildiyi ərazidə stadion var idi. Həm idman, həm də mülki müdafiə dərsləri burada keçirilirdi. Stadionun ətrafında olan qaçış zolaqları hələ də qalır. 2000-ci ilin əvvəllərindən buranı zəbt etdilər. Bina tikilərkən məktəb rəhbərliyi, müəllimlər, valideynlər narazılığını, etirazını bildirdi. O zaman söz verdilər ki, burada yeni stadion tikiləcək və məktəbin istifadəsinə veriləcək. Şikayətlərə baxılmadı, biz də verilən vədə inandıq. Ancaq nəticə budur. Burada stadiondan əlavə böyük şam ağaclarının olduğu yaşıllıq da var idi. Oranı də məhv elədilər”.
Hazırda idman dərslərinin məktəbin qış zalında və həyətdəki asfalt ərazidə keçirildiyini deyən H.Hüseynov yaranan bu vəziyyətin bir çox problemlər yaratdığını deyir: “Yayda isti olduğundan zalda dərs keçmək olmur. Aslfaltın üstündə də dərs keçmək, uşaqları qaçırtmaq, idman etdirmək təhlükəlidir. Bir neçə şagird yıxılıb, xəsarət alıb. Əsas problemlərdən biri də binada yaşayanların məktəb ərazisinə maşınla girməsidir”.
Məktəbin riyaziyyat müəllimi İsfəndiyar Quliyev isə deyir ki, məktəbin ərazisi təkcə bu tikinti şirkəti tərəfindən zəbt edilməyib. Məktəbin ərazisi fərdi yaşayış evləri, avtomobil qarajları tikən şəxslər tərəfindən də qanunsuz olaraq özəlləşdirilib və zəbt edilib.
“2005-ci ilə qədər məkətbin direktoru Şükür Əhmədov idi. O, bu haqsızlıqla çox mübarizə apardı. Ancaq təəssüf ki, nəticə olmadı. Ancaq qalan ərazinin zəbt edilməsinin qarşı alındı. Şükür müəllim bu işə görə yollarda qalmışdı. 2005-ci ildə Şükür müəllim rəhmətə getdi. Sonradan bu işlə heç maraqlanan da olmadı” - deyən H.Hüseynov məktəbə yeni direktor təyin edildikdən sonra şirkətin növbəti dəfə qanunsuzluğu əl atmaq istədiyini söyləyir.
İsfəndiyar Quliyevin sözlərinə görə, 2014-cü ildə məktəbə yeni direktor təyin edilərkən şirkət rəhbərliyi bunu fürsət bilib, Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək məktəb rəhbərliyinin binanın qarşısında parkın salınmasına icazə vermədiyini deyib: “Bu müraciətdən sonra İcra Hakimiyyətindən gəldilər. Biz də vəziyyəti izah etdik. Göstərdik ki, məktəbin ərazisi necə zəbt edilib. Daha sonra Bakı Təhsil İdarəsinə müraciət etdik. Sonra şirkət bu iddiasından əl çəkdi. Ancaq bizim problemimiz hələ də olduğu kimi qalmaqdadır. Hasarlar sökülərək yerində evlər tikilib. Axşamlar nəzarət etmək çətin olur”.
2014-cü ilin sentyabr ayında Həcər Mahmudova məktəbə yeni direktor təyin olunub. Müəllimlər deyirlər ki, baş planda ümumilikdə məktəbin 1/3 hissəsinin zəbt edildiyi aydın şəkildə görünür.
“Məktəbin hasarlarının dağıdılması bir çox çətinliklər yaradıb. Ətrafda olan binaların sakinləri avtomobilləri axşamlar burada saxlamaq istəyirdilər. Biz çətinliklə də olsa, bunun qarşısını aldıq. Hasar olmadığından giriş-çıxışa nəzarət etmək çətin olur. Məktəb divarları gecələr tanımadığımız şəxslər tərəfindən yazılır. Sonuncu dəfə 105 ağac əkmişdik. Ancaq çoxu məhv oldu. Açıq ərazi olduğundan nəzarət etmək çətindir. Təhsil İdarəsi tərəfindən məktəbdə nəzarət kameraları quraşdırılıb. İndi məktəb 24 saat nəzarətdə olur. Bizim məqsədimiz təhlükəsiz təhsili təmin etməkdir. İstəyirik ki, şagirdlərimiz rahat şəkildə təhsil alsınlar, idman dərslərinin keçiriləcəyi meydança bərpa edilsin. İndiki kollektivimiz əlindən gəldiyi qədər məktəbi yaxşı saxlamağa çalışır” - deyə müəllimlər problemlərdən danışırlar.
Qeyd edək ki, məktəb sonuncu dəfə 2006-2008-ci illərdə əsaslı şəkildə təmir edilib. Lakin məktəbin ərazisi hasarlanmadığından müəllimlərin qeyd etdikləri əksər problemlər qalmaqdadır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fransanın Baş naziri parlamentin buraxılması ehtimalını istisna etməyib
18:56 26.08.2025
Fransanın Baş naziri parlamentin buraxılması ehtimalını istisna etməyib
ABŞ Livanla "Hizbullah"ın tərksilah edilməsini müzakirə edir
18:47 26.08.2025
ABŞ Livanla "Hizbullah"ın tərksilah edilməsini müzakirə edir
Tailand və Kamboca minatəmizləmə barədə razılıq əldə ediblər
18:33 26.08.2025
Tailand və Kamboca minatəmizləmə barədə razılıq əldə ediblər
Deputat turistlə birlikdə Qobustandan Bakıya piyada gəlir - VİDEO
18:24 26.08.2025
Deputat turistlə birlikdə Qobustandan Bakıya piyada gəlir - VİDEO
Makronun istefası təklifi parlamentə təqdim ediləcək
18:24 26.08.2025
Makronun istefası təklifi parlamentə təqdim ediləcək
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
18:13 26.08.2025
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
17:38 26.08.2025
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
17:28 26.08.2025
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
17:25 26.08.2025
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb