Bakıda TIR-ın qəzaya düşməsi nəticəsində ölən yoxdur.
Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli Məlumat verib. O bildirib ki, yol-nəqliyyat hadisəsi bu gün səhər saatlarında qeydə alınıb:
"Lökbatan qəsəbəsində ağır tonnajlı yük avtomobili hərəkətdə olarkən maneəyə çırpılıb. Sürücünün xəsarət aldığı bildirilib. Hadisə yerinə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hadisə barədə araşdırılma aparılır, yekun nəticə barədə ictimaiyyətə məlumat veriləcək”.