Bakıda TIR-la avtobus toqquşdu - yaralılar var

SOSİAL
12:55 06.02.2019
3836

Bu gün səhər saatlarında Bakıda TIR-la 551 saylı marşrut avtobusunun toqquşması nəticəsində xəsarət alan 10 nəfər təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

AZXEBER.COM bildirir ki, Səhiyyə Nazirliyindən report-un sorğusuna cavab olaraq bildirilib ki, onlardan 6-sı kişi, 4-ü qadındır. 

Qurumdan qeyd olunub ki, 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilən yaralılardan 4 nəfərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb: "Digər yaralılardan 3-ü neyro-cərrahiyyə, 2-si travmatologiya, 1-i isə reanimasiyada şöbəsinə yerləşdirilib. Onların vəziyyətləri orta sabitdir".

Qeyd edək ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən isə bildirilib ki, məsələ ilə bağlı araşdırma bitdikdən sonra nəticəyə uyğun olaraq daşıyıcı şirkətlə bağlı müvafiq tədbir görüləcək.

**** 

Abşeron rayonunda sərnişin avtobusu qəza törədib.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün Abşeron rayonun Atyalı adlanan qəsəbəsində baş verib.

99-KU-551 dövlət qeydiyyat nömrəli sərnişin avtobusu yüksək sürətlə yol kənarında dayanan TIR-a çırpılıb. İlkin məlumatlara görə, avtobusun əyləc sistemi tutmayıb, idarəetməni itirərək TIR-a çırpılıb.

Yaralanan sərnişinlər arasında hamilə qadının olduğu bildirilib. Hadisə yerinə polis və altı təcili tibbi yardım maşını cəlb edilib.

Hadisə nəticəsində yaralanan sərnişinlər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanadan Oxu.Az-a verilən məlumata görə, hazırda müxtəlif dərəcəli xəsarətlərlə 10 nəfər yaralı xəstəxanaya yerləşdirilib:

"10 nəfər yaralı gətirilib. Hazırda yaralılara təcili yardım göstərilir".

 

OXŞAR XƏBƏRLƏR