Bakıda tıxacları yaradan səbəblər bəlli oldu- SIYAHI

Bakıda tıxacları yaradan səbəblər bəlli oldu-  SIYAHI
11:28 21.02.2013
1972

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzin 1 illik fəaliyyət əsasında bu istiqamətdə aparığı araşdırmasının nəticəsini açıqlayıb

Bakı şəhərinin yollarında yaranan tıxacların əsas səbəbləri açıqlanıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZXEBER.COM-a verilən məlumata görə, qurum 1 illik fəaliyyət əsasında bu istiqamətdə araşdırma aparıb. Əsas səbəblər: - Qanunsuz parklanma - Bir çox binaların parklama meydançalarının olmaması və yaxud az tutumlu olması səbəbindən nəqliyyat vasitələrinin yolun kənarında və avtobus üçün nəzərdə tutulan ciblərdə parklanması - Son illərdə avtomobil sayının kəskin artması - Taksilərin və digər maşınların dayanacaqlara yaxın yerdə saxlamaları - Təmir-tikinti işlərinin aparılması - Şəhər infrastrukturunda olan problemlər - Piyadaların onlar üçün nəzərdə tutulmamış yerlərdən keçmələri - Sürücülər tərəfindən yol qaydalarına riayət edilməməsi və sürücü mədəniyyətinin aşağı səviyyədə olması.

OXŞAR XƏBƏRLƏR