Bakıda “Topaz”a silahlı basqın oldu

Bakıda “Topaz”a silahlı basqın oldu
SOSİAL
23:33 03.12.2016
1226
Bakının Nərimanov rayonunda "Topaz” bukmeker ofisi soyulub.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Sputnik-ə Nərimanov rayonu polis idarəsindən məlumat verilib. Hadisə dekabrın 2-də günorta saatlarında baş verib. Belə ki, Makarov tipli tapança ilə silahlanmış iki naməlum şəxs Ceyhun Hacıbəyli küçəsində "Şuşa" restoranı ilə üzbəüz yerləşən "Topaz” ofisinə gələrək mühafizəçini qorxudub kassadakı 330 manatı götürüblər. Onlar mühafizəçiyə xəsarət yetiriblər. Hazırda əməliyyatçılar fakt üzrə araşdırma aparırlar.
 
Mühafizəçinin dediyinə görə, hücum edənlər yaşı 30-dan çox olmayan idmançı görkəmli şəxslər olublar.
OXŞAR XƏBƏRLƏR