Bakıda torpaq sahibi olmaq nə dərəcədə asandır?

Bakıda torpaq sahibi olmaq nə dərəcədə asandır?
SOSİAL
20:02 06.04.2023
203
Son illər Bakıda və onun ətrafında məskunlaşmanın sürətlə artması, minlərlə fərdi evin tikilməsi paytaxtda boş, normal qiymətə və yaşayış təyinatlı torpaq sahəsi tapmağı az qala qeyri-mümkün edib.

Başqa sözlə, Bakıda torpaq sahibi olmaq çətinləşib.

Bu fikri "Report"a açıqlama verən "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc da bölüşür. Onun sözlərinə görə, son illər yaşayış təyinatlı torpaqlarla yanaşı, sənaye, kənd təsərrüfatı və digər məqsədlərlə istifadə olunan torpaqlar da bahalaşıb, necə deyərlər əlçatmaz olub: "Bahalaşma ilk növbədə torpaq sahələrinin azalması ilə bağlıdır. Ölkədə sosial-iqtisadi inkişaf gedir, müxtəlif obyektlər tikilir. Müəyyən ərazidə yaşayan insanların sayı artdıqca boş torpaq sahələri azalır. Son 10 ildə nəinki Bakıda və onun ətrafında, bölgələrimizdə də torpağın qiyməti ciddi artıb. Yaxın müddətdə fors-major hallar, ciddi iqtisadi və yaxud maliyyə böhranı, yaxud hansısa fövqəladə hadisə baş verməsə, torpaq bazarında qiymət artımı davam edəcək", - deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, torpaq bazarı ilə bağlı digər bir problem isə vətəndaşların məlumatlılıq səviyyəsinin aşağı olmasıdır: "Bəzən vətəndaşlar bir torpaq sahəsini gördükdə dərhal düşünür ki, onun üzərində tikinti işləri aparmaq olar. Amma qanunvericiliklə torpaq sahələri təyinatlar üzrə bölünüb. Əgər təyinat kənd təsərrüfatı üzrədirsə, onun üzərində ev tikmək olmaz. Vətəndaşlarımız çox zaman bundan xəbərsiz olur və torpaq sahəsini əldə edəndən sonra problemlərlə üzləşirlər. Hazırda Bakıda kənd təsərrüfatı təyinatlı torpaqların üzərində tikilmiş minlərlə ev var. Bu faktla artıq müvafiq strukturlar barışıb. Amma bu torpaqların yanında da kənd təsərrüfatı təyinatlı sahələri vətəndaşlarımız alır və üzərində tikinti aparırlar. Bu problemin hüquqi yolla həllini tapmaq lazımdır. Ya həmin torpaqlara yaşayış statusu verilməli, ya da bu torpaqların yaşayış üçün istifadəsinə birdəfəlik yol verilməməlidir. Hesab edirəm ki, 1-ci variant məqsədəuyğundur. Əgər ətrafında çoxsaylı tikililər varsa və faktiki yaşayış sahəsidirsə, kütləvi surətdə kənd təsərrüfatı təyinatlı torpaqların statusunun dəyişilməsi məsələsinə baxılmalıdır. Bu məsələdə ciddi nəzarət olunmalı, həmin sahələrin yaşayış üçün uyğun olub-olmaması, orda infrastrukturun inkişaf səviyyəsi, yaxınlıqda çoxsaylı istehsalat müəssisələrinin olub-olmaması, ərazidən yüksək gərginlikli elektrik xətlərinin keçib-keçmədiyi ciddi təftiş olunmalıdır. Ümumiyyətlə, yaşayış təyinatlı torpaq ehtiyatlarımız azalır. Bunun üçün yeni torpaq sahələri müəyyən edilməlidir".

"Düşünürəm ki, faktiki yaşayış sahələri ilə bağlı vəziyyət sənədləşmə prosesində nəzərə alınmalıdır. Yəqin ki, getdikcə sənədləşmə işlərində sadələşmə olacaq. Bu sahədə qanunvericilikdə dəyişikliklər edilməli, istisna hallar müəyyən olunmalıdır. Əgər bir ərazi kənd təsərrüfatı sahəsidirsə və orda kütləvi məskunlaşma varsa, onun təyinatının dəyişilməsi müzakirə edilməlidir" - deyə V.Oruc əlavə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İslamabad və Dəkkə ikitərəfli münasibətləri inkişaf etdirəcəklər
13:53 23.08.2025
İslamabad və Dəkkə ikitərəfli münasibətləri inkişaf etdirəcəklər
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
13:42 23.08.2025
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
13:30 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Bazar günü 38 dərəcə isti olacaq
13:14 23.08.2025
Bazar günü 38 dərəcə isti olacaq
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
12:54 23.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
Nadir Qafarzadənin evində toy olacaq
12:47 23.08.2025
Nadir Qafarzadənin evində toy olacaq
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
12:36 23.08.2025
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
12:26 23.08.2025
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
İran bir neçə ölkədə silah zavodları tikdi
12:11 23.08.2025
İran bir neçə ölkədə silah zavodları tikdi
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
11:59 23.08.2025
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
11:38 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
11:34 23.08.2025
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
11:31 23.08.2025
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
11:22 23.08.2025
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
11:20 23.08.2025
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
11:14 23.08.2025
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb