Bakıda torpaq sürüşməsi baş verib - VİDEO

Bakıda torpaq sürüşməsi baş verib - VİDEO
SOSİAL
21:54 17.02.2026
864
Bakının Səbayıl rayonu, Badamdar şosesi adlanan ərazidə torpaq qatı yenidən sürüşüb.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, buradakı yolda əvvəllər iki dəfə sürüşmə baş verib.

Sakinlər deyirlər ki, ərazidə yaşayış zonasının olması təhlükəni artırır.

Avtomobillə ərazidən mütəmadi keçən şəxslər bildirirlər ki, əvvəlki illərdəki böyük sürüşmə zamanı yol bağlanmışdı. Yenidən belə hadisənin baş verməməsi üçün işlər görülməlidir.

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinə müraciət etdik. Lakin zənglərə cavab verilmədi.

Fövqəladə Hallar Nazirliyindən isə  bildirildi ki, quruma sürüşmə ilə bağlı heç bir müraciət daxil olmayıb.

OXŞAR XƏBƏRLƏR