Toy karvanında olan maşınların sayı məhdudlaşdırıla bilər
Ümid etmək olar ki, Dövlət Yol Polisinin bəy-gəlin karvanına qoyduğu qadağalar nəticəsini göstərəcək. Toy sahibi gəlin gətirmək üçün 3-4 maşından artıq istifadə edə bilməz. Belə ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev toyların başlanmasının xüsusilə pik saatlarda, yəni əhalinin işdən çıxma vaxtına təsadüf etdiyni, bu səbəbdən də toy karvanının magistral yollarda həm sürücülərə, həm də yol patrul xidməti işçilərinə xeyli problemlər yaratdığını bildirir.Kamran Əliyev onu da əlavə etdi ki, toy karvanında iştirak edib, hər hansı bir qayda pozuntusuna yol vermək heç də sürücüləri məsuliyyətdən azad etmir.