Bakıda toy kortejində avtoxuliqanlıq edən sürücülər saxlanıldı

Bakıda toy kortejində avtoxuliqanlıq edən sürücülər saxlanıldı
SOSİAL
11:55 09.06.2022
233
İyunun 7-si saat 16 radələrində Binəqədi rayonu ərazisində toy kortejində avtoxuliqanlıq edən "VAZ-21214” və "VAZ-2106” markalı iki avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Polis əməkdaşları tərəfindən həmin avtomobillərin sürücüləri - İmişli rayon sakini M.Miradiyev və Abşeron rayon sakini E.Eyvazov barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə protokol tərtib olunub.

Məhkəmənin qərarı ilə onlar 1 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 1 ay müddətinə inzibati qaydada həbs ediliblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.
OXŞAR XƏBƏRLƏR