Bakıda toyda kütləvi dava: xəsarət alan var

Bakıda toyda kütləvi dava: xəsarət alan var
SOSİAL
09:19 26.09.2023
177
Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində toy mərasimində yaranan mübahisə kütləvi dava ilə nəticələnib, 27 yaşlı gənc ağır xəsarət alıb.

"Report”un məlumatına görə, hadisə zamanı 1996-cı il təvəllüdlü Musaqulu Mübariz oğlu Bəşirov xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona üz-baş və bədənin çoxsaylı hematoması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR