Bakıda toyda qanlı dava: Tanınmış aşığın qohumu öldürüldü

Bakıda toyda qanlı dava: Tanınmış aşığın qohumu öldürüldü
SOSİAL
11:40 05.12.2016
6457
Dünən Bakı şəhərinin Qaradağ rayonunda toy mərasimində qətlə yetirilən 37 yaşlı Fəxri Kərimovun neft şirkətində işlədiyi məlum olub. 

Qobustan şadlıq evində yerli sakinlərdən birinin oğluna keçirdiyi kiçik toy məclisində F.Kərimovla 27 yaşlı Vüsal Nemətov arasında narazılıq baş verib. Daha sonra onlar mübahisəni yoluna qoymaq üçün zaldan çıxaraq şadlıq evinin qarşısına gəliblər. Burada Vüsal özündən 10 yaş böyük olan Fəxrini bıçaqlayıb.
Qobustan sakinləri hər iki şəxsin qəsəbədə sakit adam kimi tanıdıqlarını, onların nə üstündə mübahsiə etdiklərini bilmədiklərini deyiblər. F.Kərimov bu gün dəfn ediləcək.
Qeyd edək ki, Report F.Kərimovun Aşıq Əlilinin qohumu olması barədə məlumat yayıb.

///Lent.az
 
OXŞAR XƏBƏRLƏR