Bakının Sabunçu rayonunda gənc oğlanın dəhşətli qətli ilə bağlı maraqlı məqamlar ortaya çıxıb.
Milli.Az-ın məlumatına görə, üç gün əvvəl Komsomol dairəsi yaxınlığında qətlə yetirilən 23 yaşlıƏjdər Həsənovun qatili hələ də tutulmayıb.
MərhumunPərvizadlı qohumu Milli.Az-a bildirdi ki, Ə.Həsənov 21 yaşlıVaqifadlı şəxs tərəfindən qətlə yetirilib. Hadisə baş verən gün Bakıxanov qəsəbəsində keçirilən toy məclisində Əjdərlə Vaqif iştirak ediblər. Toydan sonra Vaqif Əjdəri öldürərək qaçıb. O, bıçağı Əjdərin qarnına saplayaraq sinəsinə qədər kəsib.
Hadisənin hansı səbəbdən baş verməsi qaranlıq olaraq qalır. Peşəkar idmançı olan Əjdərin belə amansızlıqla öldürülməsinin səbəbi bilinmir.
Ə.Həsənov Bakıda fəaliyyət göstərən şirkətlərdən birində menecer işləyirmiş. Nişanlı olan Əjdərin bir aydan sonra toyu olacaqdı.
Sabunçu Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, hələlik qətllə bağlı saxlanılan yoxdur. Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.