Ölkəmizdə turizm sektorunun sürətli inkişafı, paytaxtda dünya standartları səviyyəsində otellərin fəaliyyəti üçün stimul yaradır. Heç şüphəsiz dünyanın dörd bir yanından doğma Bakımıza səfər edən turistlərin ən çox maraq göstərdikləri otel işində peşəkar işçi heyətinin təqdim etdiyi xidmət ön sırada durur.
AZXEBER.COM xəbər verir ki, bu cür məkanlardan biri də "Dolce Villa Hotel”di. Şəhərimizə gələn qonaqların ən çox seçdiyi məkanlardan biri olan otel yeni xidmətlərini turizm şirkətlərinə təqdim edir.
"Dolce Villa Hotel”in icraçı direktoru Ceyhun Sadıqovun sözlərinə görə, otel olaraq turizmin inkişafına təkan vermək məqsədi ilə bir çox şirkətlərə endirimli paketlər təqdim edilir:
"Ölkəmizdə son illər qeyri-neft sektorunun inkişafı istiqamətində ən çox diqqət yönləndirilən sahə turizm sektorudur. Sektorun yenidən qurulması və bu işdə peşəkar kadrların istifadə edilməsində böyük işlər görülüb. Bizim otelimiz də məhz turizmimizin səmərəliliyini artırmaq məqəsədi ilə turizm şirkətlərinə yeni endirimli paketlər təqdim edir. Bu paketlərin hər biri möcud bazar qiymətlərinin ən sərfəlisidir. Bu paketlərdən yararlanmaq istəyən turizm şirkəri ilə əməkdaşlıq etməyə hazırıq”.
C.Sadıqovun sözlərinə görə, "Dolce Villa Hotel” son aylarda Bakıya gələn ərəb və avropalı turistlərin ən çox qonaqladığı məkanlardan biri olub. Buna səbəb isə qonaqlama işi ilə yanaşı otelin Heydər Əliyev adına Beynəlxalq Hava Limanından qarşılanmanı da təmin etməsidir:
"Biz qonaqlarımızı hava limanından qarşılayıb otelimizə yerləşdiririk. Daha sonra onların şəhər turlarını təşkil edir, Bakımızın görməli, gəzməli yerləri ilə yaxından tasnış edirik. Bu baxımdan qonaqların seçimi bizdən yana olur”.
İcraçı direktorun sözlərinə görə, minimuma endirilən otaq qiymətləri ilə yanaşı, qonaqlar üçün 5 ulduzlu otellərdəkindən heç də geri qalmayan səhər yeməyi ödənişsiz təqdim edilir:
""Dolce Villa Hotel” oteldə aparılan işlərin nəticəsində qonaqların qalması, yüksək səviyyədə istirahət etməsi, vaxtlarını səmərəli keçirməsi üçün maksimum imkanlar yaradılıb”.
Tel: 012 – 441 – 30 – 41
Mobile: +994506760671
İnstahram: dolcevillahotel_baku







