Bakıda türk deputatın halı qəfil pisləşdi - FOTO

Bakıda türk deputatın halı qəfil pisləşdi - FOTO
SOSİAL
11:10 16.03.2018
1615
Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş VI Qlobal Bakı Forumunun "Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” adlı panelində türkiyəli deputatın vəziyyəti pisləşib.
 
APA  xəbər verir ki, paneldə çıxış edən MHP-li deputat, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmeleddin İhsanoğlunun səhhətində problem yaranıb.

O, çıxış zamanı özünü pis hiss etdiyini deyib, çıxışını yarımçıq dayandırmalı olub.

E. İhsanoğlu iclas zalından çıxarılıb, ona yardım edilib.
 

OXŞAR XƏBƏRLƏR