Bakıda “Türkiyə-Azərbaycan Qardaşlıq Forumu” keçirildi

Bakıda “Türkiyə-Azərbaycan Qardaşlıq Forumu” keçirildi
SOSİAL
16:46 18.07.2025
434

Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin dəstəyi, Türkiyə Mətbuat Federasiyası,  "Yeni Çağ” Media Qrupu və Azərbaycan Türkiyə Evinin (ATEV) təşkilatçılığı ilə Bakıda "Türkiyə-Azərbaycan Qardaşlıq Forumu” təşkil edilib.


AZXEBER.COM xəbər verir ki, Forumda Türkiyənin ölkəmizdəki səfiri Birol Ağgün, millət vəkilləri Tənzilə Rüstəmxanlı, Səbinə Salmanova, Türkiyə Mətbuat Federasiyasının sədri Sinan Burhan, Türkiyənin tanınmış jurnalistləri – "Kanal D” televiziyasının Ankara nümayəndəsi Zəfər Şahin, "Hürriyyət” qəzetinin köşə yazarı Əbdülqadir Səlvi, "Axşam” qəzetinin Ankara nümayəndəsi Emin Bazarçı, "Türk Media”nın Ankara təmsilçisi Melih Yiğitəl, "Təqvim” qəzetinin köşə yazarı Əkrəm Qızıldaş, "Kon TV” icraçı direktoru Nurəddin Bay, "Türkgün” qəzetinin Ankara nümayəndəsi Qədir Yıldız, Azərbaycanın tanınmış jurnalistləri və ictimaiyyət nümayəndələri iştirak edibər.

Forum Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi və vətən uğrunda canını fəda etmiş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Forumu açıq elan edən Türkiyə Mətbuat Federasiyasının sədri Sinan Burhan Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərindən danışıb. Sinan Burhan bildirib ki, hər iki ölkənin ziyalılarını bir məkanda birləşdirən forum vasitəsilə Azərbaycan və Türkiyə arasındakı media əlaqələri yeni müstəviyə daşınacaq:

"Bu forum Azərbaycanla Türkiyə arasında bütün sahələrdə inkişaf edən münasibətlərin media əlaqələrinə hansı şəkildə yansıdığının göstərcisidir. Bu gün biz burada hər iki ölkənin mediasının müasir vəziyyətinə nəzər salacaq, mətbuat orqanlarımız arasındakı əlaqələrin perspektivləri və çatışmazlıqları barədə fikir mübadiləsi aparacağıq. Ümid edirəm ki, forum sizlərin töhfələri ilə öz məqsədinə nail olacaqdır”.

Daha sonra çıxış edən "Yeni Çağ” Media Qrupunun rəhbəri, Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü, Türk İnternet Media Birliyinin İdarə Heyətinin üzvü Aqil Ələsgər qonaqları salamlayaraq forumun keçirilmə tarixinə diqqət çəkib. Aqil Ələsgər qardaş ölkədə hərbi çevrilişə cəhdin növbəti ildönümünə təsadüf edən forumun əhəmiyyətini məhz həmin çevriliş cəhdi ilə açıqlayıb:

"Türkiyədə hərbi çevrilişə cəhd edilən həmin gün – 15 iyul günü mən də qardaş ölkədə idim və həm Azərbyacan, həm də Türkiyə mediasını izləmə imkanım var idi. Azərbaycan mətbuatında ilk dəqiqələrdən etibarən bu cəhd demokratiyaya qarşı zərbə kimi dəyərləndirilmiş, Türkiyə tarixində hərbi çevrilişlərin açdığı yaralara diqqət çəkilərək bunun arxasındakı səbəblər barədə mülahizələr izləyicilərlə bölüşülmüşdür. Bu gün təşkil edəcəyimiz panel müzakirələrindən biri də elə bu səbədən həmin hərbi çeviriliş cəhdi ilə media əlaqələrinə ayrılıb”.

Daha sonra protokol çıxışlarına yer verilib. Türkiyənin ölkəmizdəki səfiri Birol Ağgün, millət vəkilləri Tənzilə Rüstəmxanlı, Səbinə Salmanova, "Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camal Azərbyacanla Türkiyə arasındakı əlaqələrin son illər daha da artığını və əlaəqlərin bu inkişaf səviyyəsinə yüksəlməsində lider – Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan faktorunun önəmli rol oynadığını bildiriblər. Çıxışçılar media əlaqələrində də nəzərəçarpacaq dərəcədə inkişaf qeydə alındığını vurğulayıblar.

Rəsmi çıxışlardan sonra Forum öz işini  "15 İyul” və  "Media və qardaşlıq” başlıqlı panel müzakirələrilə davam etdirib. 

"Yeni Çağ” Media Qrupunun rəhbəri, MŞ İdarə Heyətinin üzvü Aqil Ələsgərin moderatorluğu ilə keçirilən birinci panel müzakirəsində Türkiyənin "Kanal D” televiziyasının Ankara nümayəndəsi Zəfər Şahin, "Hürriyyət” qəzetinin köşə yazarı Əbdülqadir Səlvi, "Axşam” qəzetinin Ankara nümayəndəsi Emin Bazarçı, Azərbaycanın "Azxəbər” saytının rəhbəri və MŞ İdarə Heyətinin üzvü Hacıbəy Heydərli Türkiyədə hərbi çevirilişə cəhdin mediaya yansıması və Azərbaycan mətbuatının hadisəyə rekasiyası barədə fikir mübadiləsi aparıblar.

"Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə keçirilən ikinci paneldə "Türk Media”nın Ankara təmsilçisi Melih Yiğitəl, "Təqvim” qəzetinin köşə yazarı Əkrəm Qızıldaş, "Kon TV” icraçı direktoru Nurəddin Bay, "Türkgün” qəzetinin Ankara nümayəndəsi Qədir Yıldız və "Oxu.az” saytının köşə yazarı Kubra Məhərrəmova Azərbaycanla Türkiyə medialarının mövcud əməkdaşlıq məsələlərini müzakirə edib, bu əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı təkliflərini səsləndiriblər.

Panel müzakirələrindən sonra yekun müzakirə təşkil olunub, qeyd olunan məsələlər ətrafında təkliflər irəli sürülüb.

Forum xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.

 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
22:08 09.03.2026
İranın səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Təbrizdən müraciət – Həmid Herisçi böhtanlara cavab verdi: "Təbrizdəki evimi..."
21:52 09.03.2026
Təbrizdən müraciət – Həmid Herisçi böhtanlara cavab verdi: "Təbrizdəki evimi..."
Əsl və saxta yumurtalar bir-birindən necə fərqlənir? - VİDEO
21:46 09.03.2026
Əsl və saxta yumurtalar bir-birindən necə fərqlənir? - VİDEO
"Avroviziya 2026": Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim olunub - VİDEO
21:25 09.03.2026
"Avroviziya 2026": Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim olunub - VİDEO
İşsizliyin gücü: Qorxunu necə fürsətə çevirmək olar? - Psixoloq yazır
21:17 09.03.2026
İşsizliyin gücü: Qorxunu necə fürsətə çevirmək olar? - Psixoloq yazır
İyirminci günün duası - İmsak və iftar vaxtı
21:14 09.03.2026
İyirminci günün duası - İmsak və iftar vaxtı
İsrailin zərbələri Livanda 486 nəfəri öldürüb
20:52 09.03.2026
İsrailin zərbələri Livanda 486 nəfəri öldürüb
Türkiyə Prezidentindən İrana çağırış: Qan tökülməsinə qarşıyıq
20:40 09.03.2026
Türkiyə Prezidentindən İrana çağırış: Qan tökülməsinə qarşıyıq
Zülfiyyə Xanbabayeva Mehinə icazə vermədi - VİDEO
20:27 09.03.2026
Zülfiyyə Xanbabayeva Mehinə icazə vermədi - VİDEO
Azərbaycan və Türkiyə XİN başçılarının müzakirə etdiyi mövzular açıqlanıb
20:21 09.03.2026
Azərbaycan və Türkiyə XİN başçılarının müzakirə etdiyi mövzular açıqlanıb
Türkiyə Prezidenti: Azərbaycanla daim təmasdayıq
20:19 09.03.2026
Türkiyə Prezidenti: Azərbaycanla daim təmasdayıq
İrandakı vəziyyətlə əlaqədar Türkiyədə bütün qurumlar yüksək hazırlıq vəziyyətindədir
20:05 09.03.2026
İrandakı vəziyyətlə əlaqədar Türkiyədə bütün qurumlar yüksək hazırlıq vəziyyətindədir
Meksikanın İrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirəcək
20:03 09.03.2026
Meksikanın İrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirəcək
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə raket hücumunu qınayıb
19:49 09.03.2026
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə raket hücumunu qınayıb
Tramp İranın yeni Ali Rəhbəri Müctəba Xameneidən məmnun olmadığını deyib
19:46 09.03.2026
Tramp İranın yeni Ali Rəhbəri Müctəba Xameneidən məmnun olmadığını deyib
İrandan fevralın 28-dən indiyədək Azərbaycana 2 057 nəfər təxliyə olunub
19:45 09.03.2026
İrandan fevralın 28-dən indiyədək Azərbaycana 2 057 nəfər təxliyə olunub