Bakıda Türkiyə vətəndaşını döydülər

SOSİAL
14:05 11.05.2016
1213
Tutulanlar var.
Bakı şəhərində Türkiyə vətəndaşı döyülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, hadisə mayın 9-da paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb.
Bakı şəhər sakinləri Nail Əliyev və Pərviz Dadaşov xuliqanlıq zəminində Türkiyə vətəndaşı Zəfər Türkalini döyüblər.
Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N. Əliyev və P. Dadaşov tutulub.

OXŞAR XƏBƏRLƏR