Bakıda üç avtomobil qəzaya uğrayıb, xəsarət alan var

Bakıda üç avtomobil qəzaya uğrayıb, xəsarət alan var
SOSİAL
10:36 05.02.2023
117

Bakının Binəqədi rayonunda yol qəzası baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, avtoqəza Biləcəri qəsəbəsində qeydə alınıb.

"Toyota” markalı maşının sürücüsü Xurşidbanu Natavan küçəsində yüksək sürətlə hərəkətdə olan zaman yol kənarında dayanan "Mercedes” və "Chevrolet” markalı avtomobillərə çırpılıb.

İdarəetmədən çıxan "Toyota”, yol nişanına və səkiyə çırpılaraq dayanıb.

Qəza nəticəsində "Toyota”nın sürücüsü xəsarət alıb.

Faktı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

OXŞAR XƏBƏRLƏR