Bakıda üç İran vətəndaşı saxlanılıb

Bakıda üç İran vətəndaşı saxlanılıb
Bütün Xəbərlər
17:40 23.08.2013
734
Bakıda üç İran vətəndaşı saxlanılıb. 
AZXEBER.COM-un DİN-in saytına istinadən verdiyi xəbərə görə, avqustun 21-də Xəzər rayonu Buzovna qəsəbəsinin ərazisində 3 naməlum şəxs əvvəlcə Mirsəid Əsədullayevə məxsus mağazaya gəlib ondan 710 dollar pul almış, sonra isə Abasəli Əliyevə məxsus mağazaya gedib ondan da pul almağa cəhd göstərmiş və “Nissan-Sentra” markalı avtomaşında getmişlər.Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş İran İslam Respublikası vətəndaşları Khazaei Fereydoun Mohammad Ebrahim oğlu, Farokhi Ali Mohammadghorban oğlu və Malayeri Mohammadhossein Mohammadali oğlu icarəyə götürərək idarə etdikləri “Nissan-Sentra” markalı avtomaşınla saxlanılmışlar.
OXŞAR XƏBƏRLƏR