Bakıda üç polisin qətlə yetirildiyi silahlı insidentin YENİ DETALLARI

Bakıda üç polisin qətlə yetirildiyi silahlı insidentin YENİ DETALLARI
SOSİAL
11:00 24.06.2024
839
İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsindəki silahlı insidentlə bağlı bəzi detallar məlum olub.

AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, cinayətkar 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev hadisə zamanı ailə üzvlərini - həyat yoldaşını, uşaqları irəli verib, onların arxasından polis əməkdaşlarına atəş açıb. Polis əməkdaşları o anda silah tətbiq etməyiblər ki, günahsız insanlar, uşaqlar qurban olmasınlar, özlərini fəda ediblər.

Sonra polis əməkdaşları cinayətkarı zərərsizləşdirməklə məhv ediblər.
OXŞAR XƏBƏRLƏR