Bakıda uşaq bağçası xarabalığa çevrilib: Dövlət qurumları nə deyir? - FOTOLAR

Bakıda uşaq bağçası xarabalığa çevrilib: Dövlət qurumları nə deyir? - FOTOLAR
SOSİAL
12:17 19.01.2023
512
Bakıda uşaq bağçası xarabalığa çevrilib. 

AZXEBER.COM xəbər verir ki, Xətai rayonu, Nəsrəddin Tusi 14 saylı küçədə yerləşən 124 saylı bağça xarabalığa çevrilib. 

1998-ci ilə qədər fəaliyyət göstərən bağça indi baxımsız haldadır, ərazi "bomj" və narkomanların yuvasına çevrilib.
 
Həmin ərazidə olan əməkdaşımız bildirir ki, böyük bir ərazini əhatə edən bağça 3 hissədən ibarətdir. Bağçanın bir hissəsində qaçqın və məcburi köçkünlər məskunlaşıb. Mətbəx və digər hissə isə zibilliyə çevrilib.
 
Onu da qeyd edək ki, xarabalığa çevrilən hissədə də bir neçə il bundan öncəyə qədər qaçqın və məcburi köçkünlər məskunlaşmışdı. Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-2” yaşayış kompleksində mənzillərə yerləşdirildikdən sonra bu ərazilər boş və baxımsız halda qalıb.

Onu da xüsusi qeyd etmək lazımdır ki, bağçanın ərazisindən yol kimi istifadə edilir və bağça ilə üzbəüz yaşayış binası var. Baxımsız olan ərazidə narkoman, bomjların məskunlaşması sakinlər üçün də təhlükəli hal yaradır.




Bəs Xətai rayon İcra Hakimiyyəti bununla bağlı nə deyir?

Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov AZXEBER.COM-a açıqlamasında bağçanın uzun zamandır fəaliyyətsiz olduğunu təsdiqləyib: 

"Öncə onu qeyd edim ki, bağçalar Elm və Təhsil Nazirliyinin tabeliyindədir. 124 nömrəli bağça qəzalı vəziyyətdə olduğu üçün fəaliyyətini uzun zamandır ki, dayandırıb. Bağçanın bir hissəsində hələ də qaçqın və məcburi köçkünlər məskunlaşıb. Onlar da həmin ərazidən köçürüldükdən sonra Elm və Təhsil Nazirliyi bağça ilə bağlı lazımi tədbiri görəcək".
 
Ərazinin zibillik olması ilə bağlı danışan Pənah bəy bunları qeyd edib: "Biz orada bir neçə dəfə təmizlik işləri görmüşük. İndi də həmin ərazi üzrə lazimi tədbir görüləcəkdir".
 
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov AZXEBER.COM-a açıqlamasında bağçaların vəziyyəti ilə bağlı monitoriq aparıldığını və lazımi addımların atılacağını bildirib:
 
"Biz bağçaların vəziyyəti ilə bağlı monitoriqlər aparmışıq. Yararsız vəziyyətdə olan bağçalarımız var. Təmir olunması mümkün olanı təmir etmək üçün plan hazırlayırıq. Gələcəkdə də bu işlər davam etdiriləcək. 

124 saylı bağça ilə bağlı vəziyyətə baxılacaq və  dəyərləndiriləcək. Ona uyğun qərar veriləcək. Həmin bağça ya yenidən qurulacaq, ya da yenidən təmir olunacaq. Bu qarşıda duran vəzifələrimizdəndir".

Həmin ərazidən fotoları təqdim edirik:

Günel Hüseynli
 










OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəkidə elektrik cəryanının vurduğu kişi yanaraq ölüb
13:50 02.08.2026
Şəkidə elektrik cəryanının vurduğu kişi yanaraq ölüb
Mərakeşdən İspaniyaya keçmək istəyərkən ölən miqrantların sayı 90-a çatıb
13:42 02.08.2026
Mərakeşdən İspaniyaya keçmək istəyərkən ölən miqrantların sayı 90-a çatıb
Gəncədə 3 mərtəbəli evdə yanğın oldu - Fotolar
13:37 02.08.2026
Gəncədə 3 mərtəbəli evdə yanğın oldu - Fotolar
Moskvada restoranda partlayış - Hədəf Baş Komandan olub
13:20 02.08.2026
Moskvada restoranda partlayış - Hədəf Baş Komandan olub
"Nəriman Həsənzadə Fəxri xiyabanda uyumağa layiq şəxsiyyət idi" - Qəzənfər Paşayev
13:09 02.08.2026
"Nəriman Həsənzadə Fəxri xiyabanda uyumağa layiq şəxsiyyət idi" - Qəzənfər Paşayev
Sabah hava necə olacaq?
12:55 02.08.2026
Sabah hava necə olacaq?
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
12:48 02.08.2026
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
Nəriman Həsənzadə dəfn olundu -  VIDEO - FOTOLAR
12:34 02.08.2026
Nəriman Həsənzadə dəfn olundu - VIDEO - FOTOLAR
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
12:30 02.08.2026
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu - VIDEO
12:24 02.08.2026
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu - VIDEO
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid - VIDEO
12:16 02.08.2026
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid - VIDEO
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
12:07 02.08.2026
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
12:04 02.08.2026
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
12:00 02.08.2026
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
11:55 02.08.2026
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
11:49 02.08.2026
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR