09:03 Bazar Günü, 17 Noyabr 2019
SOSİAL

Bakıda uşaq bağçasında yanğın həyəcanı - 50 uşaq təxliyyə edildi

11:07, 04.11.20192398
Bakıda uşaq bağçasında yanğın həyəcanı - 50 uşaq təxliyyə edildi
Bakı şəhərinin Sabunçu rayonunda uşaq bağçasının yerləşdiyi binaya bitişik ümumi sahəsi 25 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.

Bu barədə AZXEBER.COM-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Xəbərə görə, yanğın zamanı uşaq bağçasının yerləşdiyi binadan 50 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə edilib. Köməkçi tikilinin qalan hissəsi və bitişik bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XƏBƏR LENTİ