Bakıda uşaq dördüncü mərtəbədən yıxıldı

Bakıda uşaq dördüncü mərtəbədən yıxıldı
SOSİAL
10:40 19.07.2020
848
Bakının Sabunçu rayonunda 10 yaşlı uşaq ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

Sülh küçəsi 5 ünvanında 2010-cu il təvəllüdlü Balayev Ayxan Rauf oğlu valideyn nəzarətindən kənar qalaraq binanın dördüncü mərtəbəsindən yerə düşüb.

O, ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR