Bakıda uşaqlar arasında kəskin virus yayıldı

Bakıda uşaqlar arasında kəskin virus yayıldı
SAĞLAMLIQ
15:28 28.03.2017
2547
"2017-ci ilin yanvarından bu günə kimi Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasına kəskin bağırsaq infeksiyası diaqnozu ilə bağlı 1230 müraciət olub, onlardan 500 nəfəri müayinədən sonra evə buraxılıb".

Bu fikirləri apa.tv-yə açıqlamasında  Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının dosenti Sulduz Əhmədova  deyib.

"Bu gün xəstəxanamıza daxil olan uşaqlarda daha çox rast gəlinən xəstəlik kəskin bağırsaq infeksiyasıdır. Xüsusilə kiçik yaşlı uşaqlarda bu xəstəliyə daha çox rast gəlinir. Bu kiçik yaşlı uşaqların ən çox fizioloji xüsusiyyətləri, eləcə də immun sistemi ilə bağlıdır. Eyni zamanda şəxsi gigiyena qaydalarına düzgün əməl olumaması ilə də əlaqədardır. Qış fəslində bakterial bağırsaq infeksiyaları ilə yanaşı virus mənşəli infeksiyalar da geniş yayılırlar. Xüsusilə 4 yaşa qədər olan uşaqlar arasında rota-virus infeksiyaları daha geniş yayılıb".
 
Mütəxəssisin sözlərinə görə, yaz fəslinin başlaması ilə virus mənşəli bağırsaq infeksiyaları ikinci plana keçir.
 
"Havaların istilənməsi ilə əlaqədar ön plana bakterial mənşəli bağırsaq infeksiyaları keçir. Bunların da törəmə səbəbləri çoxdur. Bizə müraciət edənlərin arasında mənşəyi məlum olmayan bağırsaq infeksiyalarına da rast gəlinir. Ümumi müayinələr nəticəsində aşkar olunur ki, hansı xəstəliklər hansı infeksiyadan törəyib. Ən çox rast gəlinən xəstəlik isə şərti patogen mənşəli bağırsaq infeksiyalarıdır ki, bunlar da stafilokok, salmenelloz , protea mənşəli viruslardır".
 
Sulduz Əhmədova qeyd edib ki, uşaqlarda təsadüf edilən infeksion xəstəliklər arasında kəskin bağırsaq infeksiyaları dördüncü yeri tutur. Bu azyaşlı uşaqlarda baş verən daha təhlükəli hesab edilir. Mütəxəssislərin sözlərinə görə, kəskin bağırsaq infeksiyaları uşaqlarda yalnız mədə-bağırsaq sistemi üzvlərini deyil, həm də ürək, baş beyin və ağciyərlərin zədələyir.
 
"Ötən illə müqayisədə bu il kəskin bağırsaq infeksiyası ilə müraciət edən uşaqların sayı artıb. Ən çox kiçik yaşlı uşaqların qidalanma rejimi, onlara qulluq, anaların gigiyena rejimi və digər xəstəliklərlə kontaktın əhəmiyyəti də bu infeksiyalara yol açıb".
 
Kəskin bağırsaq infeksiyasına yoluxma adətən, 3 yolla baş verir deyən Sulduz Əhmədova bildirib ki,  bunlardan birincisi qidalanma yolu, su yolu ilə yəni  açıq su hövzələrində çimərkən su udulması, çirklənmiş sudan məişət xidmətləri üçün istifadə edilməsi, çirkli əllər vasitəsilə yayılır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım