Bakıda uğurlu əməliyyat: Vətəndaş ölümdən xilas olunub

Bakıda uğurlu əməliyyat: Vətəndaş ölümdən xilas olunub
SOSİAL
22:20 30.01.2018
1501

Bakıda intihara cəhdin qarşısı alınıb.

FHN-dən  verilən məlumata görə, daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər tikilməkdə olan çoxmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Vətəndaşla aparılmış psixoloji söhbətlər nəticəsində o, intihar etmək fikrindən daşınıb.

OXŞAR XƏBƏRLƏR