Bakıda Dənizkənarı Bulvar boyu salınacaq yeraltı tunelin uzunluğu 4,2 kilometr təşkil edəcəkdir.Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, layihəyə əsasən, altızolaqlı tunelin 0,9 kilometrlik hissəsi yerin üstü ilə uzanacaqdır. Tunelin 2,3 kilometrlik hissəsi qutu, qalan hissəsi isə arka formasında olacaqdır.Tunelin çəkilişi zamanı 0,7 kvadrat kilometrlik sahədə sahilbərkitmə, altı milyon kubmetr həcmində ərazinin doldurulması, 3,7 kilometr uzunluğunda sahilbərkitmə işləri görüləcəkdir.Neftçilər prospektinə iki çıxışı olacaq tunel Bayıl qəsəbəsindən Zığ qəsəbəsinədək uzanacaqdır.