Bakıda kişi restoranda iftar zamanı öldü

Bakıda kişi restoranda iftar zamanı öldü
SOSİAL
16:48 17.03.2025
169
Bakıda vətəndaş iftar zamanı ölüb.

AZXEBER.COM Teleqraf.az-a istinadən xəbər verir ki, hadisə martın 15-də paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən restoranda baş verib.

İftar süfrəsi arxasında olan Şəhriyar Əli oğlu Cəfərovun halı qəfildən pisləşib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb və ona tibbi yardım göstərilib. Lakin Ş.Cəfərovun həyatını xilas etmək mümkün olmayıb.

Restoranın nümayəndəsi ölüm faktını təsdiqləyib.

Hadisə ilə bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR