Bakıda vəzifəli şəxs biznesmendən polisə şikayət etdi

Bakıda vəzifəli şəxs biznesmendən polisə şikayət etdi
SOSİAL
15:08 18.07.2017
849
Bakıda daha bir ağackəsmə faktı ilə bağlı polisə məlumat daxil olub.
 
Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfat Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinin rəisi Orxan Məmmədov məsələ ilə bağlı polisə müraciət edib. Şöbə rəisi bildirib ki, Binəqədi rayonu Ş.Məmmədova küçəsi 50 ünvanında yerləşən "Dadlı Məkan” restoranının sahibi İlqar Məmmədovun göstərişi  ilə oradakı iki iri ağac kəsilərək məhv edilib.
 
Müraciət əsasında araşdırma aparılır.
 
///lent.az
OXŞAR XƏBƏRLƏR