Bakıda vulkan püskürdü

Bakıda vulkan püskürdü
Bütün Xəbərlər
11:17 20.09.2012
1312
Bakıda palçıq vulkanı püskürüb. ANS-ə hadisə şahidlərinin verdiyi məlumata görə, səhər saat 09:10 radələrində Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində palçıq vulkanı püskürüb və yanğın baş verib. Şahidlərin sözlərinə görə, təpəliklərdən əvvəlcə gurultu səsləri gəlib və sonra alov görünüb. Daha sonra tüstülənmə olub. Ətrafa palçıq atılmağa başalyıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Qaynar xətt”ə daxil olan məlumata əsasən hadisə yerində xeyli sayda yanğınsöndürmə briqadası göndərilib. Hazırda ərazidə təhlükəsizlik tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR