Bakıda "Wolt" şirkətinin əməkdaşı yol qəzasında öldü

Bakıda "Wolt" şirkətinin əməkdaşı yol qəzasında öldü
SOSİAL
21:38 05.07.2020
5672
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. 

AZXEBER.COM-un "Report"a istinadən verdiyi xəbərinə görə, hadisə Azadlıq prospektində, Mərkəzi Bankın qarşısında qeyd alınıb. 

Belə ki, "Wolt" şirkətinin əməkdaşı İbrahim Cəfərovun idarə etdiyi motosiklet digər avtomobillə çırpılıb. Nəticədə İ.Cəfərov hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR