Azərbaycanda xarici vətəndaş əməliyyat masasında ölüb.
AZXEBER.COM lent.az-a istinadən xəbər verir ki, hadisə Bakının Səbail rayonu, Parlament prospektində yerləşən Mərkəzi Klinikada qeydə alınıb.
Hindistan vətəndaşı, 1959-cu il təvəllüdlü İşvar Lal Soni əməliyyat olunarkən dünyasını dəyişib. İşvar Lal Soni böyrəyindəki problemlərlə əlaqədar əməliyyata girib.
Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır










































