Bakı şəhərində yerləşən xəstəxanalardan birində yanğın olub.
AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabunçu rayonunda yerləşən xəstəxananın təsərrüfat otağında 2 m² sahədə tibbi ləvazimat yanıb. Xəstəxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın bölmələr tərəfindən söndürülüb.