Bakıda xoşagəlməz mənzərə – Piyada keçidi zibil içində qaldı

Bakıda xoşagəlməz mənzərə – Piyada keçidi zibil içində qaldı
SOSİAL
11:23 16.02.2026
302
Binə Atçılıq Mərkəzi istiqamətində yerüstü piyada keçidində natəmizlik narazılıq yaradıb

AZXEBER.COM-un əldə etdiyi məlumata görə, Binə Atçılıq Mərkəzinə gedən yol üzərində yerləşən piyada keçidində natəmizlik müşahidə olunur. Keçiddə yığılan tullantılar və ümumi səliqəsiz vəziyyət piyadaların narazılığına səbəb olub.

Keçiddən hər gün çox sayda insan istifadə edir. Lakin keçidin bu vəziyyətdə olması keçiddən istifadəni çətinləşdirir.

AZXEBER.COM-un sorğusuna cavab olaraq Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, bu cür hallar ətraf mühitin çirklənməsinə səbəb olur:

"Keçiddə dəfələrlə təmizlik işlərinin aparılmasına baxmayaraq, təəssüf ki, həmin ərazidən istifadə edən bəzi vətəndaşlar tərəfindən müxtəlif növ məişət tullantıları və zibillər atılmaqda davam edir. Bu cür halların təkrarlanması həm ətraf mühitin çirklənməsinə, həm də keçiddən istifadə edən digər sakinlər üçün narahatlıq və xoşagəlməz mənzərə yaradır”.

Qurumdan bildirilib ki, bu gün ərazidə təmizlik işləri aparılacaq:

"Mövcud vəziyyəti nəzərə alaraq, bu gün ərzində sözügedən keçiddə yenidən təmizlik işləri həyata keçiriləcəkdir. Eyni zamanda, vətəndaşlardan xahiş olunur ki, ümumi istifadədə olan ərazilərin təmizliyinə və qorunmasına həssaslıqla yanaşsın, tullantıları yalnız nəzərdə tutulmuş yerlərə atsın və ictimai məkana qarşı məsuliyyətli davransınlar”.

Şahanə Ziyad
 
OXŞAR XƏBƏRLƏR