Bakıda xuliqanlıq: kişini döyüb telefonunu və pullarını aldılar

Bakıda xuliqanlıq: kişini döyüb telefonunu və pullarını aldılar
SOSİAL
10:38 10.09.2019
2210
Bakıda 39 yaşlı kişi xuliqanlıa məruz qalıb.

Hadisə paytaxtın Yasamal rayonu ərazisində yerləşən Mərkəzi Univermağın qarşısında baş verib. 

İki nəfər naməlum şəxs 1980-ci təvəllüdlü Cəfərov Fərid Kamil oğluna yaxınlaşaraq, ona yumruq zərbələri endirib. Daha sonra F.Cəfərovun üzərində olan 700 manat məbləğində pulu və bir ədəd "Samsung" markalı mobil telefonu götürüblər. 

Zərərçəkmiş faktla bağlı hüquq-mühafizə orüanlarına müraciət edib. 

Araşdırma aparılır.
 
///Oxu.Az
OXŞAR XƏBƏRLƏR