Axşam saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) kommunal strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
BŞİH-dən AZXEBER.COM-a verilən məlumata görə, xüsusi təyinatlı texnika tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib.
Bununla əlaqədar müxtəlif ərazilərdə texniki duz toplanan məntəqələr yaradılıb.
Qeyd edək ki, ümumilikdə bu işlərə 100-ə yaxın xüsusi texnika və 2 000-ə yaxın işçi qüvvəsi cəlb edilib.