Bakıda yanacaqdaşıyan maşın partladı

Bakıda yanacaqdaşıyan maşın partladı
13:17 26.01.2013
1665
Bakının Səbail rayonu ərazisində güclü partlayış baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, Bibiheybət məscidindən “Sədərək” Ticarət Mərkəzinə gedən yolda yanacaqdaşıyan yük maşını partlayıb. Güclü partlayışdan sonra dəhşətli yanğın baş verib.Hadisə yerinə 5 yanğınsöndürən maşın yollanıb, bir maşın da hadisə yerinə getməyə hazırlaşır. Yanğınsöndürənlər alovun ətrafa yayılmamasına çalışır.
OXŞAR XƏBƏRLƏR