AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, burada tramvay xətləri və ictimai yaşıllıq marşrutları, istirahət, əyləncə, yaşayış, hətta mədəniyyət və yaradıcılıq sahələri yaradılacaq.
Ekspert Ərşad Hüseynovun sözlərinə görə, belə layihələr nəticəsində şəhərin bir tərəfindən digərinə piyada şəkildə rahat hərəkət etmək mümkün olacaq.
O, bildirir ki, xüsusən yay vaxtı insanlar piyada gəzintilərə üstünlük verirlər. Belə olduğu halda bu yeniliyin həm sağlamlıq, həm də nəqliyyat sıxlığının qarşısının alınması üçün müsbət təsirləri olacaq.
Yaşıllıq zonaları ətrafında yaşayış binaları və bu tip tikililər minimum həddə olmalıdır.










































