01:54 Bazar Günü, 15 Dekabr 2019
SOSİAL

Bakıda yarıçılpaq kişi qadınlara hücum çəkdi - ŞOK VİDEO

10:15, 13.11.20193855
Bakıda yarıçılpaq kişi qadınlara hücum çəkdi - ŞOK VİDEO
Sosial şəbəkələrdə Bakıda naməlum şəxslərin küçədə avtomobil yolunu bağlaması və avtomobillərin hərəkətinə mane olması barədə video yayılıb.

AZXEBER.COM baku.ws-ə istinadən xəbər verir ki, videodan göründüyü kimi 2 nəfər avtomobil yolunu bağlayır, yüksək səslə sürücüləri narahat edir, avtomobillərin hərəkətinə imkan vermir, qadınları təhqir edir. Hadisənin "Neftçilər" metrosu yaxınlığında qeydə alındığı deyilir.

Məsələ ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev bildirib ki, hadisə araşdırılır.

 "Videogörüntülərdə əks olunan hadisədən məlumatlıyıq. Hadisə ilə bağlı müvafiq rayon polis idarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, hadisəyə hüquqi qiymət veriləcək”, - deyə Elşad Hacıyev bildirib.
 

XƏBƏR LENTİ