Bakıda yarımstansiyadan 74 min manatlıq oğurluq olub

Bakıda yarımstansiyadan 74 min manatlıq oğurluq olub
SOSİAL
18:57 04.02.2023
184

Bakıda yarımstansiyadan 73 800 manatlıq oğurluq olub.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Xətai rayonu ərazisində yerləşən yarımstansiyaların birindən 73 800 manat dəyərində elektrik avadanlığının oğurlanması barədə polisə məlumat daxil olub.

Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Dəyanət Kərimli müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR