Bakıda yaşadığı qadının başını kəsən şəxsə hökm oxundu - VİDEO

Bakıda yaşadığı qadının başını kəsən şəxsə hökm oxundu - VİDEO
SOSİAL
10:43 19.03.2021
437

Yaşadığı qadının başını kəsən şəxsə höküm oxunub.

AZXEBER.COM BAKU.TV-yə istinadən xəbər verir ki, 2019-cu sentyabrın 7-də könüllü olaraq Sabunçu RPİ 12-ci PŞ-nə gələn şəxs tanışı Günel Bağırovanı qətlə yetirdiyini bildirib və cinayətin aləti olan bıçağı polisə təqdim edib.

Məlum olub ki, həmin şəxs - Ağdam rayonunda anadan olan, Sabunçu qəsəbəsində yaşayan Xaləddin Hüseynovdur (1988-ci il təv.).
Sabunçu rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Мəhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Günel Bağırovanın (1984-cü il təv.) ölümünə 11 ədəd deşilmiş-kəsilmiş yaraları ilə əlaqədar başın bədəndən natamam ayrılması və kəskin qanitirmə səbəb olub.

İstintaqla müəyyən edilib ki, sentyabrın 7-ı saat 6 radələrində Xaləddin Hüseynov naməlum mənbədən əldə etdiyi güclü təsiredici maddə olan tramadolun təsiri altında, əvvəllər tanıdığı Günel Bağırovanın Sabunçu qəsəbəsi, Şəhər şossesi, 48 saylı evinə gəlib.

Aralarında yaranmış mübahisə zamanı, xuliqanlıq niyyəti ilə elektrik naqili ilə qadını boğaraq öldürmək istəyib, lakin əlində olan xəsarətlə bağlı naqil əlindən sürüşüb.

Sonuncunun yalvarışlarına baxmayaraq cinayətkar hərəkətlərini davam etdirərək, onun boynundan tutub və müstəsna dərəcədə qəddarlıqla yataq otağından götürdüyü bıçaqla Günel Bağırovanın boğazını kəsib.

Bununla da, Xaləddin Hüseynov zərərçəkmişi xuliqanlıq niyyəti və xüsusi amansızlıqla qəsdən həyatdan məhrum edib.

İş üzrə dindirilmiş Xaləddin Hüseynov bildirib ki, Şəhər şossesi, 48 ünvanının yanında, özbaşına tikilidə valideynləri, arvadı və övladları ilə birlikdə yaşayıb.

Axırıncı dəfə, 2014-cü ildə Sabunçu rayon Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum olunub.

Cəza çəkmə müəssisəsindən vaxtından əvvəl, 2018-ci ilin fevral ayında azadlığa buraxılıb.

Fərdi qaydada fəhləlik edib, hadisədən 2-3 gün öncə, evdə təmir edən zaman nərdivandan yıxıldığı üçün sağ əlinə gips qoyulub.

Günel Bağırovanı 15 ilə yaxındır tanıyır. O, anası və qardaşı ilə birlikdə onların yaşadıqları məhəlləyə köçüb. Günel əvvəllər bir neçə dəfə məhkum olunmuş Asif adlı şəxslə yaşayıb. Hadisədən bir neçə ay əvvəl Asif yenidən həbs olunub.

Sentyabrın 6-ı saat 18 radələrində evdən, Qazax rayonuna işləməyə getmək adı ilə çıxaraq, Günelin yanına gedib. Az sonra onun anası da evə gəlib.

Yeyib-içəndən sonra o, narkotik vasitə - heroin qəbul edib. Səhər saat 4 radələrində Günel qısqanclıq mövzusunda söhbət açıb. Niyə arvadını ondan üstün tutduğunu, təkcə onunla yaşamadığını, evə gedəndə nə səbəbə görə mobil telefonunu söndürdüyünü deyib.

Həyat yoldaşını atıb, onunla birgə yaşamağını təklif edəndə, o ailəsini atmayacağını bildirib. Günel əsəbləşib, onu və ailəsini söydüyü üçün, ona xəsarət yetirmək üçün hər hansı əşya axtarıb.

Mətbəx bıçağını götürərək, elektirk sobanın naqilini kəsib. Naqili qadının boğazına keçirərək, onu boğmaq istəyib, lakin əli gipsdə olduğundan, naqilin arxa hissəsi əlindən yerə düşüb.

O, bıçağı götürüb Günelin baş nahiyəsinə zərbələr endirib, sonra isə boğazını kəsib. Kəsici aləti cibinə qoyaraq, otağın qapısını bağlayıb.

Uşağın, anasını həmin vəziyyətdə görməməsi üçün, onu öz evlərinə aparıb. Evdə anasına Güneli öldürdüyünü, qızının müvəqqəti onlarda qalacağını bildirib. DİN «102 xidmətinə» zəng edib, hadisə barədə məlumat verib və polis şöbəsinə gedərək təslim olub.

Məhkəmə-narkoloji ekspertizasının rəyinə görə, Xaləddin Hüseynovda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu aşkar olunub.

Məhkəmə hesab edib ki, Xaləddin Hüseyovun əməli CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə düzgün tövsif edilib. O, həmin maddələrlə təqsirli bilinməli və cəzalandırılmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 18 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynli - Danışdı
20:36 28.06.2025
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynli - Danışdı
Güləşçilərimiz İtaliyada Avropa çempionu oldu
20:27 28.06.2025
Güləşçilərimiz İtaliyada Avropa çempionu oldu
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan - Görüntüləri
20:01 28.06.2025
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan - Görüntüləri
“Neftçi” milli komandanın üzvünü transfer edib
19:54 28.06.2025
“Neftçi” milli komandanın üzvünü transfer edib
Azərbaycan XİN Pakistana başsağlığı verib
19:38 28.06.2025
Azərbaycan XİN Pakistana başsağlığı verib
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
19:26 28.06.2025
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
19:15 28.06.2025
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
18:53 28.06.2025
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
18:41 28.06.2025
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
18:36 28.06.2025
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
17:49 28.06.2025
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
17:35 28.06.2025
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
17:21 28.06.2025
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
17:05 28.06.2025
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
16:49 28.06.2025
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
Cümşüd evin tək övladı imiş… - VİDEO
16:44 28.06.2025
Cümşüd evin tək övladı imiş… - VİDEO