Bakıda yaşadığı yeri tərk edən koronavirus xəstəsi barədə cinayət işi başlanıldı

Bakıda yaşadığı yeri tərk edən koronavirus xəstəsi barədə cinayət işi başlanıldı
SOSİAL
11:22 05.12.2020
541
COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinə nəzarət-profilaktik tədbirlər gücləndirilib.

DİN Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən rayon ərazisində sosial təcrid, özünü təcrid tədbirlərinə əməl etməyən, 25 yaşlı aktiv koronavirus xəstəsi Elvin İbrahimov müəyyən olunaraq saxlanılıb. Tibbi qaydalar gözlənilməklə E.İbrahimov ictimai yerdə müəyyən edilərək yaşadığı evə qaytarılmaqla müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Onun barəsində toplanan materiallar Nərimanov RPİ-nin İstintaq şöbəsinə göndərilib. E.İbrahimova Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.
OXŞAR XƏBƏRLƏR