Bakıda yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR

Bakıda yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR
SOSİAL
11:39 29.04.2026
1163
Bakı şəhərində səkilər, həyətlər, park və bağların abadlaşdırılması və təmiri ilə bağlı işlər görüləcək.

AZXEBER.COM xəbər verir ki, BAKU.WS-in əldə etdiyi məlumata görə, layihəni "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC icra edəcək.

Görüləcək işlərin ümumi dəyəri təxminən 65 milyon manata yaxındır.

Layihə çərçivəsində səkilərin və həyətlərin yenidən qurulması, park və bağlarda abadlıq işləri, həmçinin müxtəlif təmir işləri aparılacaq.

Qeyd edək ki, bu işlərin əsas məqsədi paytaxtda yaşayış mühitini yaxşılaşdırmaq, ictimai məkanların görünüşünü yeniləmək və sakinlər üçün daha rahat şərait yaratmaqdır.
OXŞAR XƏBƏRLƏR